RU

X-ın rəqibi ABŞ seçkilərindən sonra 1,25 milyon yeni istifadəçi toplayıb

X platformasına rəqib sayılan "Bluesky" sosial şəbəkəsi ABŞ prezident seçkilərindən sonralı bir həftədə 1,25 milyondan çox yeni istifadəçi toplayıb...

Poliqon xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

"Bluesky" iddia edir ki, sosial şəbəkənin ümumilikdə 15,2 milyon istifadəçisi var. Bu da rəqib platformalar olan X (oktyabrda 318 milyon istifadəçi ilə) və "Threads" (təxminən 275 milyon aylıq istifadəçi) platformalarında istifadəçilərin sayının bir hissəsini təşkil edir.

Qeyd olunur ki, "Bluesky"də istifadəçilərin axını proqramın özünü İlon Maska məxsus X sosial şəbəkəsinə, həmçinin "Meta"nın "Threads" şəbəkəsinə alternativ kimi təqdim edə bildiyini göstərir.

Şirkət əlavə edib ki, "Bluesky"də yeni istifadəçilərin əksəriyyəti ABŞ, Kanada və Böyük Britaniyadandır.

"Biz daha yaxşı sosial media təcrübəsi axtaran hər kəsi görməkdən məmnunuq", deyə "Bluesky" baş direktoru Cey Qraber bildirib.

2019-cu ildə "Twitter" (indiki X) daxilində bir layihə olaraq yaradılan "Bluesky" platformasından reklam təqdim edilmir və hələ də öz biznes modelini inkişaf etdirməyib. Platforma Cek Dorsi tərəfindən yaradılıb.

2021-ci ildə "Bluesky" ayrıca bir şirkət olub və artıq bu ilin may ayında Cek Dorsi "Bluesky" idarə heyətinin üzvü olmadığını açıqlayıb.

Yeni "Bluesky" hesabları olan bəzi istifadəçilər bu platformaya İlon Mask və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı dəstəklədiyi üçün keçdiklərini bildiriblər.

Poliqon.info

Избранный
9
poliqon.info

1Источники