RU

Dağ ekosistemini qorumaq üçün daha çox işlər görülməlidir - Bayramov

Dağ ekosistemini qorumaq üçün daha çox işlər görülməlidir.

Publika.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri (XİN) Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində təşkil olunan “Dağlar üzrə gündəliyin irəlilədilməsi, ümumi trend və iqlim dəyişikliyi” mövzusunda yüksək səviyyəli dialoqda çıxış zamanı deyib.

Nazir dağların Yer kürəsində bir çox insanın evi rolu oynaması ilə yanaşı, onların təmin etdiyi təbii ehtiyatların, o cümlədən su resurslarının vacibliyi, habelə ekosistem və biomüxtəliflik baxımından əhəmiyyətindən bəhs edib.

Dağlarda buzlaqların əriməsi, bunun nəticəsində yaranan daşqın və torpaq sürüşmələri kimi fəlakətlərin bu istiqamətdə sistematik tədbirlərin görülməsini şərtləndirdiyi diqqətə çatdırılıb.

BMT-nin könüllü alyansı olan “Dağ Tərəfdaşlığı” kimi şəbəkələrin müvafiq çağırışlar üzrə məlumatlılığın artırılması, resursların səfərbərliyi baxımından əhəmiyyəti qeyd olunub. Bununla belə, dağlarda yaşayan insanlar və dağ ekosistemini qorumaq üçün daha çox işlərin görülməsinin, həll yolları istiqamətində əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

COP29 sədrliyi o cümlədən, dağ ekosistemi ilə bağlı iqlim problemlərinin yerli icmalara münasibətdə spesifik və hədəfyönümlü iqlim planlarına ehtiyac duyduğuna diqqət çəkdiyi qeyd olunub.

Избранный
2
15
ekologiya.az

10Источники