RU

COP29 çərçivəsində Vahid Sağlamlıq yanaşması ilə bağlı tədbirlər keçiriləcək

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 19-da “Vahid Sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması” mövzusunda yüksəksəviyyəli dəyirmi masa və “Vahid Sağlamlıq Konfransı” keçiriləcək.

“İki sahil” xəbər verir ki,  “Vahid Sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması” mövzusunda təşkil olunacaq tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Kənd Təsərrüfatı Nazirliyinin (KTN), Səhiyyə Nazirliyinin (SN), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbər vəzifəli şəxsləri iştirak edəcək. Həmçinin dəyirmi masaya bir sıra digər aidiyyəti qurumların, o cümlədən sahə üzrə elmi-tədqiqat mərkəzlərinin, universitetlərin, eləcə də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının, Ümumdünya Səhiyyə Təşkilatının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Ətraf Mühit Proqramının və Yerli Əhalinin Problemləri üzrə Daimi Forumunun nümayəndələri iştirak edəcək.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbir çərçivəsində “Dəyişən iqlimdə davamlılığın artırılması: Daha sağlam gələcək üçün Azərbaycanın Vahid Sağlamlıq yanaşması”, “Vahid Sağlamlığın tətbiqi üzrə dörd tərəfin birgə yanaşması: Effektiv sahələrarası işbirliyi yolu ilə daha böyük təsirə nail olunması” mövzularında sessiyalar keçiriləcək.

“Vahid Sağlamlıq Konfransı” çərçivəsində isə mövzuya uyğun təqdimatlar olacaq. Eyni zamanda, “Azərbaycan Respublikasında “Vahid Sağlamlıq” konsepsiyası tətbiq edilməklə zoonoz xəstəliklərin qarşısının alınması və nəzarətin gücləndirilməsinə dair 2025-2030-cu illər üzrə Milli Strategiya” üzrə panel müzakirə keçiriləcək. Müzakirədə AQTA-nın, Səhiyyə Nazirliyinin, KTN yanında Aqrar Xidmətlər Agentliyinin, TƏBİB-in, ADA Universitetinin, həmçinin bir sıra digər aidiyyəti qurumların, o cümlədən müxtəlif elmi-tədqiqat mərkəzlərinin, universitetlərin nümayəndələri iştirak edəcək.

Sonra tədbirin işi ilə bağlı yekun müzakirələr aparılacaq və müvafiq qərar qəbul olunacaq.

Избранный
20
3
ikisahil.az

4Источники