RU

COP29 konfranslarında hazırda hansı məsələlər aktualdır? — AÇIQLAMA

"Hazırda COP29-la bağlı plenar iclaslar, müxtəlif konfranslar keçirilir. Mən də bu gün onlardan birində iştirak etdim. On minlərlə insan müxtəlif konfranslarda, müxtəlif panellərdə iştirak edirlər. Azərbaycan üçün əsas məsələlərdən biri Xəzər Dənizi ilə bağlı məsələlərdir. Bu haqda bir çox ciddi müzakirələr oldu. Şor suların şirin suya çevrilməsi mövzusunda işlər aparılır".

Bu sözləri Demokrat.az-a ekoloq Qorxmaz İbrahimli deyib: 

"Günəş enerjisi, külək enerjisi, karbon atıqları ilə bağlı müzakirələr gedir. 
Bu il ölkəmizdə keçirilən COP29 tədbirinin əsas məqsədlərindən biri iqlim dəyişikliyinə bağlı olaraq havanın ortalama temperaturunun artmasıdır. Temperaturun 1.5 dərəcədən qalxmaması üçün işlər görülür. Ötən dörd il ərzində bunu etmək mümkün olmadı. Ümid edirik ki, bu ilki konfransdan sonra bu barədə lazımı addımlar atılacaq".

O qeyd edib ki, maliyyə bazasının yaradılması, inkişafda olan ölkələrə yeni texnologiyaların verilməsi də əsas məsələlərdəndir:

"Zəif inkişaf etmiş ölkələrdə ətraf mühit duyarlılığının yaradılması üçün də maliyyə dəstəyi yaradılacaq. Dünyanın müxtəlif ölkələrindən olan təmsilçilərlə geniş səviyyədə bu müzakirələr aparılır. Yekun nəticəyə çox var. Müxtəlif yerlərdə tədbirlər davam etməkdədir".

Əfsanə Kamal
Demokrat.az
Избранный
62
demokrat.az

1Источники