RU

İqlim böhranı və yaratdığı böyük problemlər

İqlim böhranı özünü meşə yanğınları, quraqlıq, daşqınlarla göstərir. Yaxın zamanda İspaniyada baş verən sel daşqını səbəbindən yüzlərlə insan həyatını itirdi, evsiz qaldı. Müharibə və.s kimi iqlim böhranına təkan verən səbəblər miqrasiya problemini də ortaya çıxarır. Dünyanın aparıcı dövlərlərinin bir çoxu hansı problemi ilk öncə həll etməyin lazım olduğunu düşünür. 

Bir neçə gündür ölkəmizdə keçirilən COP29 tədbirində əldə edilən bir çox razılaşma iqlim fəlakətlərinin qarşısının alınması üçün addım olacaq. Ekoloji aktivistlər bu mövzuda dünyanı daha həssas olmağa, maarifləndirmə işinin aparılmasına və daha çox maliyyə ayrılmasına çağırır. 

Təsiri dağların zirvəsindən okeanların dərinliklərinə qədər hiss olunan iqlim dəyişikliyi həm sosioloji, həm mədəni mənfiliklərə, həm də böyük iqtisadi itkilərə, bütün dünyada miqrasiya hərəkatına səbəb olur.

İqlim dəyişikliyi yeni problem olan "iqlim miqrasiyasını" ortaya çıxardı.

İlk dəfə 1985-ci ildə BMT-nin Ətraf Mühit Proqramı hesabatında "ekoloji qaçqınlar" kimi yer alan bu konsepsiya, iqlim dəyişikliyi artan təsirlə davam etdikcə əhəmiyyətini daha da artırır. İqlim miqrasiyası insanların qida, sığınacaq, iqtisadi və sosial ehtiyaclarını ödəmək üçün ətraf mühit və ekoloji dəyişikliklər nəticəsində yerdəyişməsi kimi ifadə edilir. Beynəlxalq Miqrasiya Təşkilatı bu anlayışı iqlim səbəbindən ətraf mühitdə qəfil dəyişikliklər nəticəsində ölkə daxilində və ölkələr arasında müvəqqəti və ya daimi olaraq yaşayış yerini dəyişən bir qrup insanın hərəkəti kimi müəyyən edir.

İqlim böhranı səbəbindən insanların olduqları yerdə yaşaya bilməsi mümkünsüz hala gəlir.

İqlim problemlərinin başında gələn fəlakətlərdən biri də təbii hadisələrin tezliyinin artması hesab olunur.

Ekspertlər qeyd edir ki, immiqrasiya ilə yox, iqlim dəyişikliyinin özü ilə mübarizə aparmaq lazımdır.

Fəlakət Riskinin Azaldılması üzrə Qlobal Qiymətləndirilməsi 2030-cu ilə qədər hər il 560 təbii fəlakətin baş verəcəyini təxmin edir.

2050-ci ilə qədər 216 milyondan çox insan iqlim səbəbiylə miqrasiya edə bilər.

Beləliklə insan axınının, yoxsulluğun və iqtisadi problemlərin yaranması insanlar üçün dünyanı yaşanmaz bir hala gətirir.

Ölkəmizdə keçirilən COP29 tədbirinə diqqətlə qulaq verməli, vətəndaş olaraq problemlərə ciddi yanaşmalıyıq. Əks halda baş verəcək iqlim problemləri bizim üçün də bu dünyanı yaşanmaz hala gətirə bilər. Region dövlətlərini törətdiyi və törədə biləcəyi ekoloji fəlakətlərə qarşı səssiz qalmamalıyıq. 

Əfsanə Kamal
Demokrat.az

Избранный
36
demokrat.az

1Источники