RU

“Sumqayıt”ın amerikalısı: “Azərbaycanı çox sevirəm, Bakı bir ayrı aləmdir”

“İlk turda “Ordu” ilə matça çox yaxşı başlamışdıq. Amma Saadettin Donatın fol limiti ilə üzləşib kənarda qalması işimizi çətinə saldı. Nəticədə rəqib təşəbbüsü ələ aldı və qalib gəldi”.

İdman.biz xəbər verir ki, bunu “Sumqayıt”ın basketbolçusu Derrik Nyuton deyib.

Amerikalı forvard Azərbaycan Basketbol Liqasındakı ilk 3 oyunda məğlubiyyətlərinin səbəbini açıqlayıb: “Lənkəran”la matçın gedişində Saadettin Donatın zədələnməsi bütün planlarımızı alt-üst etdi. Nəticədə yenə də üstünlüyümüzü əldən verib uduzduq. “Şəki” ilə matçda isə zədəlilərlə bağlı problemlər məğlubiyyətimizə yol açdı”.

O, indiki vəziyyətdə pley-offa vəsiqə haqda proqnoz verməyin yersiz olduğunu bildirib: “Hələ komandaya yeni oyunçular cəlb edilməlidir. Məhz onların gəlişindən və “Sumqayıt”a verəcəkləri xeyri gördükdən sonra pley-off haqda danışmaq olar. Kollektivdə ab-havaya söz ola bilməz. Oyunçular bir-biri ilə dostdur, bir ailə kimiyik. Sumqayıt sakinləri də bizə dəstək verir. Təəssüf ki, biz onları hələ də sevindirə bilmirik”.

Nyuton Azərbaycan çempionatının səviyyəsi haqda da fikirlərini bölüşüb: “Liqanın səviyyəsini yüksək qiymətləndirirəm. Komandaların 4 əcnəbi və 1 yerli ilə mübarizə aparması bizə meydanda daha çox vaxt keçirməyə imkan yaradır” .

Derrik ölkəmizdə özünü çox rahat hiss etdiyini də bildirib: “Hər şey əladır. Yeməklərinizi çox bəyənirəm. Sumqayıtda özümü çox rahat hiss edirəm. Ümumiyyətlə, Azərbaycanı çox sevirəm. Hələ Bakının özü bir ayrı aləmdir. O ki qaldı boş vaxtlarıma, TV proqramları izləyirəm, restoranlara baş çəkirəm və “PlayStation” oynayıram”.

Qeyd edək ki, “Sumqayıt” III turdan sonar 3 xalla B qrupunda sonuncudur.

İdman.biz

Избранный
41
2
idman.biz

3Источники