RU

COP29 biznesləri, maliyyəçiləri, şəhərləri, millətləri bir araya gətirir - Naycel Toppinq

Bakı. Trend:

COP29 biznesləri, maliyyəçiləri, şəhərləri, yerli xalqları vəyerli icmaları bir araya gətirir.

Trend xəbərverir ki, Qlobal Səfir və Ambition Loop-un təsisçisi Naycel Toppinq"COP29-un Biznes, İnvestisiya və Filantropiya üzrə İqlimPlatforması" mövzusunda panel müzakirəsində çıxışı zamanıdeyib.

"Bu aspekt, şübhəsiz ki, danışıqlar prosesinin özü qədərvacibdir və ildən-ilə daha çox əhəmiyyət kəsb edir. Çünki qaydalaryaratmaq, resursları səfərbər etmək və yumşaldılma və uyğunlaşmaüçün kütləvi maliyyə təmin etmək üçün milli hökumətlərlə birlikdəqeyri-dövlət aktorlarından asılıdır", - o bildirib.

N.Topinqin sözlərinə görə, elmi məsləhətlər dünyanın həqiqətənistiləşməni mümkün qədər 1,5 dərəcə və ya daha aşağı səviyyədəsaxlamağa yönəlməsini təklif edir.

"Biz ən ciddi insani və iqtisadi nəticələrdən qaçmalıyıq. Məhzbu cəhət COP29-da qeyd olunanların 90 faizini təşkil edir", - obildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
16
2
az.trend.az

3Источники