RU

“COP Mirası – vətəndaş cəmiyyətinin İqlim Maliyyəsi üzrə müzakirələri” keçirilib

Bu gün COP29 çərçivəsində “COP Mirası – vətəndaş cəmiyyətinin İqlim Maliyyəsi üzrə müzakirələri” keçirilib.

APA xəbər verir ki, COP28 ölkəsi BƏƏ, COP29 ölkəsi Azərbaycan və COP30 ölkəsi Braziliya QHT-lərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bu regionlarda iqlim maliyyəsinin mövcud vəziyyəti və gələcək potensialı müzakirə edilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru, COP29 təşkilat komitəsinin üzvü Aygün Əliyeva bildirib ki, konfrans COP təcrübəsini bölüşmək baxımından unikal platformadır: “QHT-lərin nəticəyönümlü iqlim maliyyəsi müzakirələrinə cəlb olunması çox vacibdir. COP konfransları bu baxımdan unikal müzakirə platforması sayıla bilər”.

Qlobal Tolerantlıq və Sülh Şurasının prezidenti, BƏƏ nümayəndəsi, Əhməd Məhəmməd Əl-Cərvan bildirib ki, bu tədbirin bütün dünyadan çox sayda insanı bir araya gətirdiyini qeyd edib: “Mən bu konfransın uğuruna inanıram. Lakin bu uğur gələcək nəsillərimizi iqlim təhlükələrindən qoruyacaq xüsusi strategiyanın hazırlanmasını tələb edir. Hazırlanan layihələr və onların qətiyyətlə həyata keçirilməsi hamımız üçün əsas məqam olacaq. 50-dən çox korporasiyanın strateji layihələri vahid məqsədə - iqlim dəyişikliklərindən müdafiəyə yönəlib. Yekun nəticə məhz bu layihələrin effektivliyindən asılı olacaq. Bir çox yeni əməkdaşlıqlar qurulacaq ki, bunlar da öz növbəsində gələcək nəsillərimiz üçün sakit gələcəyin zəmanəti olacaq”.

BƏƏ İqlim Şəbəkəsinin Həmsədri Raşa Bayumi bildirib ki, adaptasiya, dayanıqlılıq və yaşıl infrastruktur bu COP-ların əsas mövzularıdır: “Əsas məsələ, ölkələrə istixana qazı emissiyalarını əhəmiyyətli dərəcədə azaltmaq və iqlim dəyişikliyinin ağırlaşan nəticələrindən insanların və onların yaşayış vasitələrinin müdafiəsi üçün lazım olan trilyonlarla dolları necə səfərbər etməkdir. Bu, təxirəsalınmaz bir məsələdir: biz iqlim böhranı ilə qarşı-qarşıyayıq. İqlim maliyyələşdirilməsi məsələlərini həll etmək, çoxsahəli iqlim fondları ilə əməkdaşlığa və iqlim maliyyələşdirilməsi ekosisteminin gücləndirilməsinə diqqət yetirmək vacibdir. Bu, həmçinin ölkələrə iqlim məqsədlərinə nail olmaq üçün dəstək verməyi əhatə edir. Biz, Paris Sazişinin yerinə yetirilməsini davam etdirmək üçün əlimizdən gələni edirik və hər bir dövlət bu nümunəyə əməl etməlidir”.

Braziliya İqlim Dəyişiklikləri Panelinin İcraçı Katibi, Rio-de-Janeyro Federal Universitetinin dosenti Andrea Sousa Santos bildirib ki, dörd əsas istiqamətə diqqət yetiriblər: “Bunlar tədqiqatlar, gənclər, icmaların fəallaşdırılması və öz kampuslarımızın dekarbonizasiyasıdır. Məqsədimiz hökumətlər tərəfindən müəyyən edilmiş vəzifələri yerinə yetirməkdir. Məsələn, tədqiqatlar vasitəsilə biz universitetlərdə aparılan elmi məlumatları bir araya gətirir, onları siyasi dəyişikliklərə çevirir, daha sonra isə bu məlumatlar özəl və dövlət sektorları arasında yayılır. Biz ortaq məqsədə nail olmaq üçün bütün maraqlı tərəfləri bir araya gətirən vasitəçi rolunu oynayırıq. Gənclərlə bağlı istiqamətdə isə biz gələcəkdə mühüm rol oynayacaq gənc nəsli dəstəkləməyə xüsusi diqqət yetiririk”.

Ələkbər Ələkbərov

Избранный
45
1
apa.az

2Источники