RU

Ağadadaş Ağayev məhkəməyə belə gəldi – FOTOLAR

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə təxirə salınmış hazırlıq iclası bu gün davam edir.

İNFOAZ “Qafqazinfo”ya istinadən yazır ki, müğənni bu dəqiqələrdə vəkili Asim Abbasovla birgə Binəqədi Rayon Məhkəməsinə gəlib.

Bu dəfə işə mahiyyəti üzrə baxılmır. İclasda Ağadadaş Ağayevin sərbəst, yaxud həbsdə mühakimə edilməsi ilə bağlı məsələ müzakirə ediələcək, tərəflərin vəsatətləri dinləniləcək.

Hakim Vüsal Tağıyevin araşdıracağı işdə Ağadadaş Ağayevin balta atdığı “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov və baltanın nəzərdə tutulan hədəfdən yayınaraq dəydiyi təmizlikçi Nəzakət Paşayeva zərərçəkmiş qismində tanınıb.

***

A. Ağayev elə ilk iclasda qısa çıxış edib. Müğənni verilmiş ittihamı qəbul etmədiyini deyib. Eyni zamanda qanuna güvəndiyini qeyd edərək, ədalətin yerini tapacağını vurğulayıb:

“Mən xoşbəxtəm ki, belə ölkədə  yaşayıram. Hüquqlarımız qorunur. Qanunun aliliyi də işin gedişatından hiss olunur. Amma bu maddənin mənim üzərimə qoyulmasını qəbul etmirəm. Hər halda hər şey bəlli olacaq”.

Ağadadaş Ağayevlə birgə onunla dava edən mühafizəçi Nurəddin Cəlilova da Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Amma Cəlilovun işi ayrıca icraata götürülüb. Hələ ki, ibtidai istintaq gedir.

Onların ittiham edildiyi maddənin sanksiyasında 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Избранный
31
3
infoaz.ws

10Источники