RU

Görənlər heyrətlənir: Bu daş divarlar insan əməyinin işi deyil

 Türkiyənin Sivas bölgəsinin İmranlı mahalının Gelenli və Boğazören kəndləri arasında yerləşən, necə yaranması naməlum olan nəhəng bənd görənləri valeh edir. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, dağların ortasında əmələ gələn və dağları ikiyə bölən görünüşə malik olan qayalıqlar, dünyanın ən uzun müdafiə divarı olan Böyük Çin səddini və 66 milyon il əvvəl nəsli kəsilmiş bir dinozavrın kürəyini xatırladır. 

Ətrafdakılar yerlərdə hündürlüyü 60 metrə çatan, uzunluğu təqribən 15 kilometr olan qayaların turizmə gətirilməsini istəyir.


Bu mənzərənin tarixini heç kimin bilmədiyini ifadə edən Şehirban Karakuş deyir: “Çox maraqlı görünüşü var. Sanki hansısa memar tikmiş kimi dırd yanı əhatə edir. Kəndimizin dörd yüz illik tarixi var, amma kimdən soruşsaq, bu daşlar həmişə burada olduğunu deyirlər. Böyük Çin səddi ilə müqayisə edilir, amma belə deyil. Böyük Çin Səddini insanlar tikiblər, lakin bu, sanki təbii olaraq mövcud olan bir divardır”.  



Bu ərazinin araşdırıldığı təqdirdə turizm mənbəyi ola biləcəyini ifadə edən Mehmet Karakuş sözünə davam edir: “Bu divar daşları insan əməyinin işi deyil. Bu təbii formalaşmadır. Çox maraqlı görünüşü var. Bunu Böyük Çin səddi və dinozavrın arxası ilə müqayisə edənlər var. Uzunluğu 15-20 kilometrdir. Maraqlı səddir. Gəlib baxmaq lazımdır. Ekspertizadan keçirilməsə, bəlkə burada turizm mənbəyinə çevriləcək”.


Избранный
52
sherg.az

1Источники