RU

Nusret Gökçenin bank hesabından 200 000 pul çəkən şəxs saxlanıldı

Düyanın restoranlar şəbəkəsi olan aşpaz Nusret Gökçenin bank hesabından xeyli miqdarda pul çıxarılıb.

 

Sfera.az xəbər verir ki, İ.A.B. adlı şəxs Gökçe adından saxta sənəd düzəltdirərək onun bank hesabına daxil olub və 200 000 lirə pul çəkib.

 

Bank işçiləri şübhələndikləri İ.A.B. adlı şəxslə bağlı polisə müraciət ediblər.

 

Təhlükəsizlik kameralarına düşən görüntülərdən sonra İ.A.B. saxlanılaraq həbs edilib.

 

Araşdırmalar zamanı onun bir neçə dəfə saxta sənədlərlə başqa şəxslərə aid bank hesablarından pul çıxardığı məlum olub.

Избранный
31
sfera.az

1Источники