Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və İslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Casirin iştirakı ilə “Azərbaycan Respublikası və İslam İnkişaf Bankı arasında “Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə Agentlik müqaviləsi, “Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında “Əks Əlaqə Texniki Yardım Qrant Sazişi Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi layihəsi” və “Azərbaycan Respublikası və İslam İnkişaf Bankı arasında “Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə Çərçivə Sazişi imzalanıb.
Bizim.Media xəbər verir ki, imzalanma mərasimindən sonra jurnalistlərə açıqlama verən Əl-Casir sazişin əhəmiyyəti ilə bağlı danışıb:
“Bu layihənin dəyəri təxminən 97 milyon dollardır. Bu layihə təxminən 1,6 milyon insana xidmət edəcək. 52 kilometr əsas suvarma kanalı var və bununla yanaşı, minlərlə kilometr uzunluğunda yan suvarma kanalları mövcuddur. Bu layihə Qarabağı tamamilə dəyişəcək. İnşallah, layihənin tamamlanmasından sonra Qarabağa səfər etməyi səbirsizliklə gözləyirəm”.
Günay Şahmar, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта