Azərbaycan millisinin UEFA Millətlər Liqasının 5-ci turu çərçivəsində Estoniyanı qəbul edəcəyi Qəbələ şəhər stadionunda işlər yekunlaşıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Arenada media tribunanın, yeni mərkəzi kamera platformasının, qapı arxası platformanın, texiniki ərazinin təmir tikinti işləri, eləcə də, mövcud platformaların gücləndirilməsi və çəkiliş maşınları meydancasının düzləşdirilməsi prosesi başa çatıb.
Qeyd edək ki, Azərbaycan – Estoniya oyunu noyabrın 16-da Qəbələ şəhər stadionunda baş tutacaq. Oyuna saat 18:00-da start veriləcək.