RU

İslam İnkişaf Bankı Qarabağda Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisinə 97 milyon dollar ayıracaq

İslam

İslam İnkişaf Bankı (İİB) Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi üçün ilk krediti ayıracaq.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Casir deyib.

O bildirib ki, İslam İnkişaf Bankı (İİB) Qarabağda Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi üçün ilk krediti imzalamaqdan qürur duyur:

“Biz İslam İnkişaf Bankı olaraq, təxminən 1,6 milyon insana xidmət göstərəcək Qarabağda Qız Qalası su anbarı layihəsi üçün ilk krediti imzalamışıq. Bu, çox mühüm inkişaf layihəsidir. Biz çox həyəcanlıyıq, çox pozitivik. Qarabağda su anbarı layihəsinin icrasına təxminən 97 milyon dollar ayıracağıq. Uzunluğu 52 kilometr olan əsas suvarma kanalı təxminən 1,6 milyon insana xidmət edəcək. Bu layihə Qarabağı dəyişdirəcək. Mən layihə tamamlandıqdan sonra Qarabağa səfər etməyi səbirsizliklə gözləyirik. Prezident İlham Əliyevi əmin edirəm ki, biz burada mövcudluğumuzu genişləndirməyi səbirsizliklə gözləyirik. Maliyyələşdirə biləcəyimiz layihələrin sayını genişləndirmək üçün bizim imkanlarımız var. Biz İslam İnkişaf Bankı ilə Azərbaycan arasında iqtisadi inkişafın bir çox sahələrində əlaqələri genişləndirməyi gözləyirik”, - o bildirib.

Избранный
75
5
xalqcebhesi.az

8Источники