RU

“Bank istifadəçiyə mesajla məlumat verə bilər, amma heç vaxt…”

Zamanla fırıldaqçılarının vətəndaşlara etdikləri virtual zənglərlə bağlı⁶ şikayətlərin, narazılıqların ardı-arası kəsilmir.

Özünü bankın nümayəndəsi kimi təqdim edən şəxs vətəndaşdan kartının güvənliyinin qorunması məqsədilə PİN kodunu istəyir.

Bəziləri buna inanmasa da, digərləri öz şəxsi kart məlumatlarını qarşı tərəfə ötürür və nəticədə oğrular istəklərinə nail olurlar.

Bank sahəsi mütəxəssis Əkrəm Həsənov Hit.az-a bildirib ki, bu, əhalinin maliyyə, hüquqi savadsızlığından irəli gəlir: 

“İnsanlar bilmir ki, bank istifadəçiyə mesajla məlumat verə bilər, amma heç vaxt məlumat istəməz. Təəssüf ki, insanlarımızda bu barədə məlumat çox azdır. Bunun qarşısını almaq üçün tək çarə əhalini məlumatlandırmaqdır. İnsanlar bu kimi zənglərə, mesajlara aldanmamalıdır”.

Sevinc

Избранный
20
hit.az

1Источники