RU

Beynəlxalq Ədalət Məhkəməsinin qərarına Ermənistan və Azərbaycandan verilən fərqli şərh...

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiasına, o cümlədən, minalarla bağlı faktlara mahiyyəti üzrə baxmağa qərar verib...

Politoloq: “Azərbaycan tərəfindən fərqli olaraq Ermənistan həmişə həm beynəlxalq sənədləri, həm də Ermənistan barəsində qəbul edilmiş qərarları, hətta 10 noyabr bəyanatının müddəalarını belə yanlış formada göstərməyə cəhd göstərib. Ermənistan indi də Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını yalnış olaraq şərh etməyə çalışır”.

“Məlumdur ki, Ermənistan beynəlxalq hüquqa, qəbul edilmiş sənədlərə, onların tələblərinə həmişə etinasız yanaşıb. Amma Ermənistanın bu addımlarına qarşı hər hansı bir reaksiya verilməyib”.

Bu sözləri politoloq Xəyal Bəşirov Beynəlxalq Ədalət Məhkəməsinin AzərbaycanErmənistanla bağlı verdiyi qərarını Poliqon-a şərh edərkən qeyd edib.

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan tərəfindən qaldırılmış etirazlara baxmayaraq, Azərbaycanın Ermənistana qarşı iddiasına, o cümlədən, minalarla bağlı faktlara mahiyyəti üzrə baxmağa qərar verib. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov “X” səhifəsində yazıb. Lakin Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ErmənistanAzərbaycan tərəfindən fərqli şərh edilir. Bu Ermənistan tərəfinin məhkəmənin qərarı ilə bağlı verdiyi şərhlərdə açıq görünür.

Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının fərqli şərh olunması əslində bu məhkəmənin qərarlarının mötəbərliliyinə nə qədər dəlalət edir və ümumiyyətlə təcrübədə bu məhkəmənin qərarları hansı səviyyədə icra olunur?

Mövzunu Poliqon-un əməkdaşı Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Xəyal Bəşirov ilə müzakirə edib.

Xəyal Bəşirov: “Ermənistan həm Beynəlxalq Ədalət Məhkəməsində, həm Avropa İnsan Haqları Məhkəməsində, həm də müvafiq məhkəmə platformalarında cəzasına çatmalıdır”.

Artıq Ermənistanda cəzasızlıq sindromunun formalaşdığını düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, İrəvan daha çox öz auditoriyasını çaşdırmağa çalışır:

Azərbaycan tərəfindən fərqli olaraq Ermənistan həmişə həm beynəlxalq sənədləri, həm də Ermənistan barəsində qəbul edilmiş qərarları, hətta 10 noyabr bəyanatının müddəalarını belə yanlış formada göstərməyə cəhd göstərib. Ermənistan indi də Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını yalnış olaraq şərh etməyə çalışır. Əslində onlar bu yolla öz ictimaiyyətlərini aldatmağa çalışırlar. Hazırda Beynəlxalq Ədalət Məhkəməsinin AzərbaycanErmənistanla bağlı qarşılıqlı iddiasına əsasən Azərbaycanın iddiasının araşdırılması ilə bağlı qərar qəbul edib. Əslində bu yekun qərar deyil. Bu işin araşdırılması ilə bağlı prosedurun başlanılması haqqında qərardır.

Məlumdur ki, Ermənistan beynəlxalq hüquqa, qəbul edilmiş sənədlərə, onların tələblərinə həmişə etinasız yanaşıb. Amma Ermənistanın bu addımlarına qarşı hər hansı bir reaksiya verilməyib. Reaksiya verilmədiyinə görə də artıq Ermənistanda cəzasızlıq sindromu formalaşıb və İrəvan bu prosesi davam etdirir. Amma Ermənistan unutmasın ki, o cəzasızlıq sindromu həmişə davam etməyəcək. Azərbaycan Ermənistanı beynəlxalq platformalarda da cəzalanmasına nail olacaq. Çünki bu təkcə bizim istəyimiz deyil, bu beynəlxalq hüququn tələbidir.

Azərbaycan tək Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qaşı iddia qaldırmayıb. Azərbaycan Ermənistanın kommunikasiya sistemlərimizin dağıdılmasına, dini-tarixi abidələrimizin dağıdılmasına, ekologiyamıza ziyan vurduqlarına görə addımlar atacaq. Əslində belə hallar başqa regionlarda baş verəndə, biz ayrı-ayrı dövlətlərin səfərbər olduğunun şahidi olmuşuq. Amma təssüflər olsun ki, Azərbaycanla Ermənistan arasında baş verənlərdə biz həmin təsisatların reaksiyasını görmürük. Onların etinadsızlığını, laqeyidliyini görürük. Hər bir halda onlar laqeyid olsa da, biz əlimizdən gələni etməliyik ki, Ermənistan həm Beynəlxalq Ədalət Məhkəməsində, həm Avropa İnsan Haqları Məhkəməsində, həm də müvafiq məhkəmə platformalarında cəzasına çatsın”.

Nərminə UMUDLU
Poliqon.info

Избранный
32
poliqon.info

1Источники