RU

Avropanın 3 böyük təşkilatı Fransa müstəmləkəçiliyini dəstəkləyir...

Image

Əli Orucov: "...Fransanın özü bu gün də müstəmləkələrinə divan tutur, onları sümürür, amansızcasına istismar edir"

Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib və çıxışında deyib: 

"1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır".

Prezident İlham Əliyev deyir ki, Fransanın müstəmləkə zülmünə Avropa parlamenti, Avropa komissiyası və Avropa Şurası parlamenti susdu. Onlar korrupsiya rəmzləridir. Həqiqətən bu qurumların Fransa müstəmləkəçiliyinə susması nə deməkdir?

Məsələyə münasibət bildirən politoloq Əli Orucov sualımıza cavabında bildirdi ki, Bakıda yüksək səviyyədə keçirilən COP29 konfransı dünya ictimaiyyətinin diqqətini Azərbaycana fokusladı: “Konfrans ərəfəsində bəzi dairələrin boykot çağırışları və pozuculuq fəaliyyəti, iftira kampaniyası iflasa uğradı. 80 prezident, vitse-prezident, baş nazir və yüksək rütbəli şəxslərin qatıldığı 72 min iştirakçısının qeydiyyatdan keçməsi  COP29 konfransını siyasiləşdirməyə, bunu təzyiq vasitəsinə çevirməyə çalışanlara tərs sillə oldu. Azərbaycan Respublikasının prezidenti İ.Əliyevin və Birinci-Vitse prezident M.Əliyevanın da çıxışlarında səsləndirdikləri kimi, demokratik imicində gizlənənlərin əsl iç üzlərinin necə olduğu bir daha ifşa olundi. İkili standartlar, qərəzli yanaşmalar, reallıqların təhrif olunması tədbirdəki çıxışlarda  haqlı olaraq tənqid edildi.

Təəssüflər olsun ki, Azərbaycanın iqlim dəyişmələrinə öz töhfəsini verməsini, yaşıl enerjinin təşviqi istiqamətində atdığı səmərəli addımları, yatırdığı sərmayəni və göstərdiyi dəstəyi təqdir etmək əvəzinə, bu humanist addımlara da qısqanclıqla yanaşılmasının şahidi oluruq. Xüsusən də Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası kimi Qərb institutları Fransanın, Niderlandın təsiri altındadır və həmin dövlətlərin siyasi hakimiyyətlərinin alətinə çevrilib. Azərbaycana qarşı böhtan və qarayaxmanın hərəkətverici və ilhamverici qüvvəsinə çevrilən Fransanın özü bu gün də müstəmləkələrinə divan tutur, sümürür, amansızcasına istismar edir. Xüsusən də Yeni Kalodoniyada haqsızlığa, ədalətsizliyə və müstəmləkəçiliyə etiraz edən yerli kanak xalqına divan tutulması Fransanın  heç də demokratik və ədalətli olmadığını təkrar sübut etdi. Eləcə də iqlimin çikrəndirilməsində Fransanın böyük payı var. Həyata keçirdiyi nüvə sınaqları və nüvə proqramı, həmçinin kütləvi qırğın sılahları planetimizi ciddi şəkildə təhdid edir. Bir zamanlar iqlim dəyilməsinə qarşı canfəşanlıq edən Fransanın özünün bununla bağlı keçirilən BMT-inin İqlim Dəyilmələri üzrə Çərivə Konvensiyasının Tərəflər Konfranda (COP29) iştirakdan imtinası təəccüb doğurur. Bu sırf sıyası, həm də qərəzli yanaşmadır. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Paris suveren və müstəqil bir dövlətin ərazisinə hörmətsizlik göstərə bilir, ancaq onun müstəmləkə siyasətinə tənqidi fikirlər  səsləndirəndə buna dözümsüz yanaşır.

Bu günlərdə məlum olur ki, Makron hökumətinin ekologiya naziri Fransa senatında çıxış edərək prezident İ.Əliyevin ölkəsinə qarşı haqlı iradlarına kəskin reaksiya verib - “İ.Əliyevin bu addımı cavabsız qalmayacaq” kimi hədələyici ritorikaya əl atıb. “Fransanın qurumlarına və ərazilərinə qarşı birbaşa hücumları əsassız sayan” ekologiya nazirinə xatırlatmaq lazımdır ki, Fransadan min kilometr uzaqda yerləşən dəniz aşırı ərazilər ölkəsi tərəfindən işğal olunub və aborigen xalqları da məhv edilib. Azərbaycan bu ədalətsizliyə etirazinı bildirir. Lakin Parisın dəfələrlə Azərbaycanın qədim və əzəli torpaqlarını erməniləşdirmə cəhdi və işğal zamanı həmin ərazilərin ekosisteminin və infrastrukturunun, yaşayış məskənlərinin dağıdlmasına haqq qazandırması vandalizmə və insanlığa qarşı cinayətə şərik olmaq deməkdir. İllərlə Paris Azərbaycana şər-böhtan atır, şantaj edir. Azərbaycan buna dözür, amma özünü tolerantlıq və plüralizm ölkəsi adlandıran Fransa haqlı bir tənqidə dözümsüzlük nümayiş etdirərək, hədə tonunda danışır. Ancaq Azərbaycanla belə tonda danışmaq, hədə-qorxu gəlmək və şantaj etmək keçərli deyil. Yaxşı olardı ki, Paris üslub, yanaşma və ritorikasını dəyişsin".

Dəniz NƏSİRLİ





Избранный
27
baki-xeber.com

1Источники