RU

Türkiyə "X"i 1 milyon 470 min lirə cərimələdi

Şəxsi Məlumatları Qoruma Qurumu (KVKK), sosial media platforması "X"ə ("Twitter") məlumat təhlükəsizliyi pozuntuları səbəbilə 1 milyon 470 min lirə məbləğində inzibati cərimə tətbiq edib.

KVKK 6698 saylı "Şəxsi Məlumatların Qorunması Qanunu" çərçivəsində "X"in internet saytında yayımlanan “təhlükəsizlik məqsədilə istifadəçilərdən əldə edilən elektron poçt ünvanları və ya telefon nömrələrinin səhvən reklam məqsədi ilə öz reklam sistemlərində istifadə olunduğu” açıqlaması və bu barədə yayılan xəbərlər əsasında araşdırmaya başlayıb.

İşlənmiş şəxsi məlumatların üçüncü şəxslərin əlinə keçə biləcəyini və Türkiyədə "X" istifadəçilərinin sayının çox olduğunu nəzərə alan KVKK, təhlükəsizlik məqsədilə əldə edilən şəxsi məlumatların reklam fəaliyyətləri üçün istifadəsinin qanunda yer alan “qanuna və dürüstlük qaydalarına uyğun olma” və “işləndiyi məqsədlə əlaqəli, məhdud və ölçülü olma” prinsiplərinə zidd olduğunu müəyyən edib.

KVKK, şəxsi məlumatları qanunsuz işləyən və 6698 saylı qanunda tələb olunan təhlükəsizlik səviyyəsini təmin etmək üçün zəruri texniki və inzibati tədbirləri almayan, məlumat təhlükəsizliyi ilə bağlı öhdəliklərini yerinə yetirməyən "X" platformasına 1 milyon 470 min lirə inzibati cərimə tətbiq olunmasına qərar verib.

Rəhim

Избранный
83
valyuta.az

1Источники