RU

İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşdü - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də İslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Casir ilə görüşüb.   Manset.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin və İslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Casirin iştirakı ilə “Azərbaycan Respublikası və İslam İnkişaf Bankı arasında “Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə Agentlik müqaviləsi, “Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında “Əks Əlaqə Texniki Yardım Qrant Sazişi Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi layihəsi” və “Azərbaycan Respublikası və İslam İnkişaf Bankı arasında “Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə Çərçivə Sazişi imzalanıb.
Görüşdə Prezident İlham Əliyev ölkəmizlə İslam İnkişaf Bankı arasında perspektiv inkişaf istiqamətləri və fəaliyyətləri ilə bağlı əməkdaşlığın genişləndirilməsinin önəminə toxundu, gələcəkdə əlaqələrin daha da dərinləşəcəyinə ümidvarlığını ifadə etdi. Dövlətimizin başçısı vurğuladı ki, imzalanmış bu sənədlər işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihənin beynəlxalq maliyyə təşkilatları tərəfindən maliyyələşdirilməsi baxımından ilk sənəddir. COP29-un qısa müddətdə yüksək səviyyədə təşkil edildiyini deyən Məhəmməd Əl-Casir işğaldan azad olunmuş ərazilərimizə 2023-cü ildə səfərini xatırladaraq bu günədək orada icra olunan irimiqyaslı işlərin qısa zamanda keyfiyyətlə həyata keçirildiyini qeyd etdi. O, İslam İnkişaf Bankının dövlət və özəl sektor layihələrində fəaliyyətinin genişləndirməsinə və bu layihələrin dəstəklənməsinə hazır olduqlarını dedi. *** 15:46 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də İslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Casir ilə görüşüb.

Manset.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin və İslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Casirin iştirakı ilə “Azərbaycan Respublikası və İslam İnkişaf Bankı arasında “Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə Agentlik müqaviləsi, “Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında “Əks Əlaqə Texniki Yardım Qrant Sazişi Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi layihəsi” və “Azərbaycan Respublikası və İslam İnkişaf Bankı arasında “Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə Çərçivə Sazişi imzalanıb.

Избранный
65
49
manset.az

10Источники