RU

COP29-un Yaşıl Zonasında "Gənclərin Beynəlxalq Dayanıqlı İnnovasiya Sammiti" adlı tədbir keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) üçüncü günündə Yaşıl Zonada "Gənclərin Beynəlxalq Dayanıqlı İnnovasiya Sammiti" adlı tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, sammitdə Fibi Koundori, Yuval Ben-David, Yannisş İoannidis, Evin Akinsete çıxışlar edib, mövzu ətrafında müzakirələr aparıblar.
Müzakirə zamanı onlar COP29-un beynəlxalq ictimaiyyətin iqlim dəyişmələri problemini həll etməsi üçün mühüm platforma kimi dünya siyasətçilərinin, elm adamlarının, sahibkarların və bütün sahələri təmsil edən nümayəndələrin müdrikliyini və gücünü bir araya gətirdiyini bildiriblər.
Qeyd edək ki, Gənclərin Beynəlxalq Dayanıqlı İnnovasiyalar Sammitinin COP29-la paralel keçirilən tədbiri dayanıqlı innovasiyaların təşviqində gənclərin unikal perspektivlərini və mühüm nailiyyətlərini nümayiş etdirməyə yönəlmiş COP tədbirinin parlaq incisidir. Gənclərin Beynəlxalq Dayanıqlı İnnovasiya Sammiti (YSS) innovasiya, dayanıqlılıq və transsərhəd biznes formatında təqdim olunan dayanıqlı inkişafla bağlı ilk beynəlxalq innovasiya sammitidir və ildə bir dəfə keçirilir.
Xanım Aydın
Избранный
30
50
oxu.az

10Источники