RU

COP29-da Çin şirkətləri ilə bərpaolunan enerji sahəsində əməkdaşlıq sənədləri İMZALANDI - FOTO

COP29 çərçivəsində Çin şirkətləri ilə yaşıl enerji sahəsində bir neçə sənəd imzalanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Füzuli rayonunda 160 MVt gücündə günəş enerjisi layihəsi üzrə Energetika Nazirliyi, “China Energy Overseas Investment Co. Ltd.” və “SOCAR Green” MMC arasında İcra Müqaviləsi imzalanıb. Həmçinin Energetika Nazirliyi “China Energy Overseas Investment Co. Ltd” şirkəti ilə Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıq üzrə Anlaşma Memondumu imzalanıb.
 

Bundan başqa, Energetika Nazirliyi ilə “China Datang Co. Ltd” arasında Azərbaycanda bərpaolunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb.


Memorandum şirkətlə bərpaolunan enerji layihələrinə investisiya qoyuluşu, texniki-iqtisadi əsaslandırmanın, müvafiq tədqiqatların aparılması, Azərbaycanda bərpaolunan enerji üzrə Tədqiqat və İnkişaf Mərkəzinin yaradılması imkanlarının araşdırılması istiqamətlərində əməkdaşlığı nəzərdə tutur.







Bizim.Media

Избранный
49
21
bizim.media

10Источники