RU

Juninyonu “Qarabağ”da bombardirlik yox, başqa məqsəd maraqlandırır

“Qarabağ”ın hücumçusu Juninyo Olavio ötənilki məhsuldarlığını göstərməkdə çətinlik çəkir.

2023/24 mövsümündə Premyer Liqada 20, Azərbaycan kubokunda 5, avrokuboklarda 6 qola imzasını yazdıran braziliyalı forvard bu il çempionatda 2, beynəlxalq arenalarda 7 dəfə fərqlənib.

Premyer Liqada əsas heyətdə cəmi 4 dəfə yer alan “18 nömrə” bombardirlər yarışında rəqiblərindən açıq-aşkar geridə qalır. Görünən odur ki, ötən mövsümün ən sərrast futbolçusu statusunu başqasına verməli olacaq.

Juninyo Sportinfo.az-a verdiyi açıqlamada bombardirliyə xüsusi diqqət ayırmadığını etiraf edib:

“Mənim üçün önəmli olan “Qarabağ”ın yaxşı oynaması, qələbə qazanmasıdır. Bu mənada komandama fayda verməyə çalışıram.

Lakin qarşıma bombardir olmaq hədəfini qoymamışam. İki cəbhədə mübarizə aparırıq deyə, Premyer Liqa matçlarında bəzən əsas heyətdə yer alıram, bəzən ehtiyatda qalıram.

Ancaq yenə də əlimdən gələnin ən yaxşısını etmək üçün səy göstərirəm. Qarşımda duran əsas məqsəd oyunları qələbə ilə başa vurub, çempion olmaqdır”.

Hazırda Premyer Liqanın bombardirlər cədvəlinə hərəsinə 6 qol vuran Felipe Santosla (“Araz-Naxçıvan”) Cesse Sekidika başçılıq edir. “Sabah”lı Coy-Lens Mikelsin aktivində 5 top var.

“Qarabağ”ın ən məhsuldar futbolçuları Toral Bayramovla Leandro Andradedir – 4 qol.

HƏBİB

Избранный
44
sportinfo.az

1Источники