RU

RUSİYANIN 30 AVİAŞİRKƏTİ SIRADAN ÇIXIR: MÜFLİSLƏŞMƏ!

Gözlənildiyi kimi, Rusiya daxilində sərnişin daşımalarının 26 faizini həyata keçirən 30 kiçik və orta yerli aviaşirkət 2025-ci ildə müflis ola bilər.

tezadlar.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, maliyyə vəziyyətinin kəskin pisləşməsi və operator sertifikatlarının ləğvi xarici təyyarələrin lizinqinə görə yığılmış borcların ödənilməsini çətinləşdirir. 2022-ci ildə sanksiyaların tətbiqindən sonra onların bir çoxu lizinq ödənişlərini dayandırıb. 2025-ci ildə hökumət onlara olan borcların silinməsinə icazə versə də, bu məbləğlərdən 25% gəlir vergisi tutulacaq. Bu maliyyə gərginliyi onları müflis olmağa məcbur edə bilər.

Ekspertlər də bu qənaətdədir ki, əgər Rusiya Ukraynadakı müharibəni bu səviyyədə davam etdirərsə, ABŞ və Avropa dövlətlərinin Ukraynaya hərbi yardımları qarşısında tab gətirə bilməyəcək. Artıq Rusiyanın ucqarlarında iri sənaye müəssisələri fəaliyyətini dondurmaqdadır.

A.Məmmədli

Избранный
23
tezadlar.az

1Источники