"Neftçi" basketbol komandası heyətini yeni oyunçularla gücləndirib.
Fanat.Az xəbər verir ki, məlumatı "Neftçi" İdman Klubunun mətbuat xidməti yayıb.
Azərbaycan Basket Liqasında mübarizə aparan komanda ABŞ-dən olan iki basketbolçu ilə anlaşıb.
Derrel Camal Brentli və De Ancelo Uilyam Stüart ilə rəsmi müqavilə imzalanıb.
Qeyd edək ki, "ağ-qaralar" bu gün Ayzeya Lyuis, Alonso Kempbel, Broderik Robinson və Bobi Harvi ilə vidalaşdıqlarını açıqlayıb.