RU

“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görüldü

Qısa zamanda abunəçilərə altı innovativ məhsul təqdim edən “Bakcell”, reklam və marketinq dünyasının mühüm beynəlxalq müsabiqələrindən biri olan “Felis” tərəfindən “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb.Qeyd edək ki, “Bakcell” rebrendinq zamanı “Meta” və “Alphabet” kimi dünyanın aparıcı brendləri ilə işləyən İspaniyanın qlobal konsaltinq şirkəti - “Saffron”la əməkdaşlıq edib.“Bakcell”in son aylarda abunəçilərə təqdim etdiyi innovativ məhsullar arasında “Tarif Məsləhətçisi”, “VoWifi”,“Star Portfolio”, “Birinci Tarif”, “Bakcell Kart” və “Fiber1” yer alır. Şirkət, həmçinin icra etdiyi sosial layihələri milli qürur fəlsəfəsi altında həyata keçirməklə sektorda lider mövqeyini daha da gücləndirir. Qeyd edək ki, "Felis Mükafatları" 19 ildir ki, Türkiyədə reklam və marketinq sektorunda innovativ yanaşma və kreativlik baxımından fərqlənən layihələri dəyərləndirir. 2022-ci ildən etibarən bu müsabiqə Azərbaycan üzrə də təşkil edilir.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir. 

“Bakcell” müxtəlif  ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Избранный
39
42
gender.az

10Источники