Yəqin ki, çoxunuz, ehtiyac olmadığı halda alış-verişə getmisiniz və ya yeni şeylər almaq istəyinə qapılmısınız.Türkiyəli psixoloq Serkan Yükcü alış-veriş asılılığı ilə bağlı diqqətçəkən açıqlamalar verib.O bildirib ki, “Qara Cümə” və “çılğın noyabr” genişmiqyaslı endirim kampaniyaları istehlakçıların alış-veriş davranışlarını istiqamətləndirmək üçün hazırlanmış effektiv marketinq strategiyalarıdır.Mütəxəssisin sözlərinə görə, insanların alış-veriş instinktlərini aktivləşdirən bu psixoloji strategiya 2 amilə əsalanır: qıtlıq və fürsəti qaçırmaq qorxusu."Qara Cümə" və noyabr endirimləri zaman baxımından məhdud olduqları üçün alıcılar fürsəti əldən verməkdən qorxurlar. Bu vəziyyətə psixologiyada “fomo” deyilir. Bu hiss nəticəsində insanlar tez alış-veriş edir və bu zaman ehtiyacı olub-olmadığına baxmır.Böyük satışlar zamanı çox sayda insanın alış-veriş etməsi istehlakçılarda sosial sübut effekti yaradır".Sosial sübut nədir?S.Yükcü deyir ki, sosial sübut başqalarının davranışlarını müşahidə edərək istiqamət qazanma meylidir:"Onlayn ticarət platformaları məhsulların altına istifadəçi şərhləri, ulduz qiymətləndirmələri və ya “X şəxs bu məhsulu aldı” kimi məlumatları əlavə etməklə istehlakçının məhsula olan etibarını artırır. Bu, insanların başqalarının seçimlərini təsdiqləmək və özünü cəmiyyətin bir hissəsi kimi hiss etmək istəyinə əsaslanır.Ətrafdakıların çox alış-veriş etdiyini görən insanlar düşünür ki, bu fürsəti əldən vermək olmaz.Sosial şəbəkələrdə tez-tez alış-verişlə bağlı edilən paylaşımlar da bu effekti artırır və kampaniyaların yayılmasına şərait yaradır. İstehlakçılar başqalarının etdiyi seçimləri rəhbər tutmağa meyllidirlər".Zərərdən qaçma tendensiyası"İnsanlar ümumiyyətlə, əldə edə biləcəkləri qazanclardan daha çox itkilərdən qaçmağa meyllidirlər. “Qara cümə” kimi endirimlər zamanı alış-veriş etməklə “qənaət” hissi yaranır. Bir məhsulun normal dəyərindən çox aşağı qiymətə alına biləcəyi fikri insanlarda fürsətdən istifadə etmək istəyi yaradır. Bu, qaçırıla biləcək mənfəət kimi qəbul edildiyi üçün istehlakçının alış-veriş motivasiyasını artırır.Xüsusilə “məhdud sayda” və “bu gün son gündür” kimi ifadələr alıcının tez qərar verməsini təmin edir. Onlar düşünmək əvəzinə hərəkətə keçir" - mütəxəssis söyləyib.Özünü mükafatlandırmaPsixoloq həmçinin əlavə edib ki, endirim dövründə insanlar özlərini mükafatlandıraraq istəyib ala bilmədikləri məhsulları əldə edirlər:"Noyabrda baş verən böyük endirimlər insanların özlərini mükafatlandırmaq istəyini də oyadır. Gərgin bir ildən sonra böyük endirim dövrləri insanlara özlərini əzizləmək və ya mükafatlandırmaq imkanı verir. “İndi almasam, sonra baha olacaq” düşüncəsi ilə insanlar alış-verişdən zövq almaqla yanaşı, ehtiyac duyduqları və ya istədikləri məhsulları sərfəli qiymətə almanın xoşbəxtliyini də hiss edirlər.Onlayn ticarət platformaları da endirim kampaniyaları zamanı psixologiyadan səmərəli istifadə edərək alıcıların qərarlarına təsir göstərir". \\Ölkə.Az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта