RU

Efirdə birgə ağladılar

Əməkdar artist Vasif Məhərrəmli və müğənni İzzət Bağırov efirdə kövrək anlar yaşayıb.

OLAY yazır ki, “Xəzər axşamı”nda qonaq olan Vasif ötən illərdən danışarkən göz yaşlarını saxlaya bilməyib:

“İzzət efirlərə çıxanda mən televiziyanın yolu haradandır bilmirdim. Onun bu sənətdə bəlli bir xidməti var. 15 yaşından bu sənətin ətəyindən tutub və onunla davam edib. Hər şeyi Allahdan istəyib. Bu yaxınlarda söhbət edirdik, Dedi, Allah buyurub ki, sənin gözlədiyin yox, gözləmədiyin qapıdan ruzini göndərəcəyəm. İzzətin də ruzisini Allah gözləmədiyi yerdən göndərdi. Allah sonumuzu hər zaman yaxşı eləsin. Qəlblərə Allah şahiddir. Mən də onun ətəyindən yapışmışam”.

İzzət isə “Vasif başqa şeylərə ağlayır” deyərək həmkarı ilə birgə göz yaşı töküb.

Избранный
17
7
olay.az

8Источники