Qazaxıstan yığmasının UEFA Millətlər Liqasında B Liqasını tərk edəcəyi dəqiqləşib.
"Far.Az" xəbər verir ki, V turda Avstriya ilə qarşılaşan Stanislav Çerçesovun rəhbərlik etdiyi kollektiv 0:2 hesabı ilə məğlub olaraq C Liqasına yuvarlanıb.
Bu, millinin rusiyalı mütəxəssisin rəhbərliyi altında ardıcıl dördüncü məğlubiyyəti olub.
Qeyd edək ki, Qazaxıstan B Liqasının üçüncü qrupunda 1 xalla sonuncu sırada qərarlaşıb.