RU

"İsrail Qəzza bölgəsində insanlığa qarşı cinayət törədib" - "Human Rights Watch"

"Mülki şəxslərin təhlükəsiz yerdəyişməsini təmin etmək əvəzinə İsrail qüvvələri dəfələrlə təyin edilmiş təxliyə marşrutları və təhlükəsiz zonalarına zərbələr endirib..."
 
"İsrail qüvvələri Qəzza bölgəsində etnik təmizləmə aparıb, bunun məqsədi bölgəni iki yerə bölmək və şimal hissəsini İsrailin nəzarətində saxlamaqdan ibarət olub..."
 
Dünyanın 70-dən artıq ölkəsində insan haqlarının pozulmasının monitorinqi, tədqiqatı və sənədləşdirilməsini həyata keçirən "Human Rights Wach" hüquq-müdafiə təşkilatı İsraili Qəzza bölgəsi əhalisinin məqsədyönlü və məcburi yerdəyişməsində ittiham edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "golosameriki.com" nəşri məlumat verib.
 
"Ümidsiz, aclıq keçirən və mühasirəyə salınanlar" adlı 154 səhifəlik hesabat müəllifləri bəyan edir ki, belə praktika beynəlxalq hüquqa ziddir və insanlığa qarşı cinayət kimi təsnif edilir.
 
HRW hesabatında deyilir ki, bölgənin 1, 9 milyon nəfəri, yəni 90 faizi qaçqına çevrilib. Bu zaman kişilər dindirilmə üçün saxlanılır, qadın və uşaqlara yollarını davam etməyə icazə verilir. Qəzzadakı bina və infrastrukturun xeyli hissəsi müharibənin 13 ayı ərzində dağıdılıb.
 
"İsrail qüvvələri evləri və mülki infrastrukturu, o cümlədən onların "bufer zonaları" və "təhlükəsizlik dəhlizləri" yaratmaq məqsədi daşıyan rayonlarda qəsdən və nəzarət edilən söküntüsünü həyata keçirib və bu rayonlardan fələstinlilər, böyük ehtimalla, həmişəlik qovulacaq. İsrail rəsmi şəxslərinin bəyanatlarına zidd olaraq, onların hərəkətləri müharibənin aparılması qanunlarına uyğun deyil", - sənəddə deyilir.
 
"İsrail hökuməti fələstinliləri geri çəkildiyi yollarda qətlə yetirərkən, üzdəniraq təhlükəsiz zonalarını bombalayarkən və onların ərzağını, suyunu kəsərkən və sanitariyasını məhdudlaşdırarkən fələstinlilərin təhlükəsizliyini təmin etdiyini iddia edə bilməz. 
 
İsrail böyük ərazilərdə praktiki olaraq hər şeyi məhv etməklə fələstinlilərə evlərinə dönmək imkanını təmin etmək öhdəliyini kobud şəkildə pozub", - bu barədə miqrantların hüquqlarının rəhbəri Nadya Hardman bəyan edib.
 
Təşkilat "təxliyə barədə əmrlər"in, yəni hücum ediləcək rayonların sakinlərindən İsrail ordusunun mülki əhali arasında itkiləri azaltmaq üçün döyüş zonalarını tərk etmək xahişi praktikası təşkilat tərəfindən ciddi ittiham edilib.
 
Hesabatda deyilir ki, belə əmrlərin verilməsi qanunaziddir, İsrailin gerçək məqsədi dinc sakinlərin xilası deyil, onların qovulmasıdır, beləliklə, söhbət etnik təmizləmədən gedir ki, bunun da məqsədi bölgəni iki yerə bölmək və şimal hissəsini İsrailin nəzarətində saxlamaqdır.
 
"Beynəlxalq normalara görə, İsrail işğal edən tərəf kimi döyüş əməliyyatlarının başa çatmasından sonra əhalinin evlərinə dönməsi üçün şərait yaratmağa borclur. Buna yol verməmək üçün İsrail bütöv rayonları söküntüyə məruz qoyur", - hesabatda deyilir.
 
HRW Qəzza bölgəsində 39 yerini dəyişən fəkəstinli arasında sorğu keçirib, İsrailin təxliyə sistemini, o cümlədən 184 təxliyə barədə əmri və miqyaslı dağıntıları sübut edən peyk şəkillərini, habelə qeyd edilmiş təhlükəsizlik zonaları və təxliyə marşrutlarının video və fotoşəkillərini təhlil edib.
 
"Silahlı münaqişənin işğal edilən ərazilərdə tətbiq edilən qanunları mülki şəxslərin yerdəyişməsinə yalnız istisna hallarda, təkidli hərbi səbəblərdən və ya əhalinin təhlükəsizliyi üçün icazə verilir və yerdəyişən mülki şəxslərin qəbulu üçün zəmanətlər və lazımi yerləşdirilmə tələb edir. İsrail rəsmi şəxsləri iddia edir ki, fələstnli silahlı qruplar mülki əhali arxasında gizləndiyindən İsrail Müdafiə Ordusu bu qruplara hücum etmək üçün mülki əhaliyə zərəri məhdudlaşdırmaq üçün mülki şəxslərinin təxliyəsi qanunidir. HRW araşdırması göstərir ki, bu iddialar xeyli dərəcədə yalandır", - hüquq müdafiəçiləri bəyan edib.
 
HRW müəyyən edib ki, Qəzza bölgəsinin, demək olar ki, bütün əhalisinin kütləvi şəkildə yerdəyişməsinə haqq qazandıran hər hansı inandırıcı hərbi səbəb yoxdur.
 
"İsrailin təxliyə sistemi əhaliyı ciddi ziyan vurub və çox vaxt qorxu və narahatlıq yaratmağa xidmət edib. Mülki şəxslərin təhlükəsiz yerdəyişməsini təmin etmək əvəzinə İsrail qüvvələri dəfələrlə təyin edilmiş təxliyə marşrutları və təhlükəsiz zonalarına zərbələr endirib", - hesabatda deylir.
Избранный
54
moderator.az

1Источники