RU

İsrail Dəməşqi vurdu: aviazərbələr nəticəsində xeyli sayda insan ölüb və yaralanıb

Suriya Silahlı Qüvvələri komandanlığının SANA-ya verdiyi məlumata görə, İsrailin Dəməşqə endirdiyi aviazərbələr nəticəsində 15 nəfər, o cümlədən qadın və uşaqlar həlak olub, daha 16 nəfər yaralanıb.

Hücumların yaşayış binalarını vurduğu iddia edilir. İsrail Müdafiə Qüvvələri (IDF) Suriyada Fələstin “İslami Cihad”ının infrastrukturuna zərbə endirdiyini bildirib.

SANA-nın məlumatına görə, Mezze və Qudsaya bölgələrində yerləşən binalara hücum edilib. İsrail ordusu “İslami Cihad”ın “terror infrastrukturu və komandanlıq mərkəzlərini” hədəfə aldığını bildirib. “Zərbə terror təşkilatının komanda mərkəzinə və onun yaraqlılarına ciddi ziyan vurub”, – İsrail ordusunun bəyanatında deyilir. İDF, zərbənin “İslami Cihad”ın Livan “Hizbullah”ını dəstəklədiyi və Fələstin HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumunda iştirak etdiyi üçün edildiyini bildirib. Noyabrın 11-də İsrail ordusu “İslami Cihad”ın əməliyyat qərargahının rəhbəri Məhəmməd Əbu Sahilin ləğv olunduğunu elan edib.

//Samir Qurbanov, Editor.az

Избранный
54
editor.az

1Источники