RU

İsrail qırıcıları Suriya ərazisinə zərbələr endirib

İsrail Müdafiə Qüvvələri Suriyada “İslami Cihad” təşkilatının hərbi obyektlərinə və qərargahına hücum edib.

Azreform.info ” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bu gün Müdafiə Qüvvələri Suriyada “İslami Cihad” təşkilatına məxsus hərbi obyektlərə və komanda mərkəzlərinə zərbələr endirib”, - məlumatda deyilir.

Qeyd olunub ki, “İslami Cihad” təşkilatı Livanın cənubunda “Hizbullah” hərəkatına dəstək verir, eləcə də ötən il oktyabrın 7-də baş verən hadisələrdə iştirak edib.

Xatırladaq ki, İsrail oktyabrın 1-dən Livanın cənubunda “Hizbullah” qüvvələrinə qarşı quru əməliyyatı keçirir və qonşu ölkəni havadan bombalamağa davam edir.

Избранный
39
9
azreform.info

9Источники