RU

Zaqatalada 37 yaşlı kişi iynədən ölüb? - VİDEO

Zaqatalanın Muxax kənd sakini, 37 yaşlı Rafael Ramazanov dünyasını dəyişib.

Avtosfer.az xəbər verir ki, yaxınlarının sözlərinə görə, o, bir neçə gün əvvəl burun problemləri ilə bağlı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib və ona müalicə təyin olunub. Noyabrın 13-də tibb bacısı xəstəyə həkimin yazdığı sistemi və daha sonra antibiotik iynəsini vurub. Bu prosedurdan sonra R.Ramazanovun vəziyyəti kəskin pisləşib.

"Tibb bacısı gəlib sistem qoşdu. Bir az keçəndən sonra gördüm ki, ağzından qan gəlir. Yanımdan keçdi, bir də gördüm ki, yıxıldı" ,- deyə mərhumun atası bildirib.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb edilsə də, R.Ramazanovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, mərhum iki uşaq atası idi. Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:

Избранный
62
avtosfer.az

1Источники