RU

Rusiyalılar Estoniyada səsvermə hüququndan məhrum edilə bilər

Estoniya hökuməti Rusiya vətəndaşlarının bələdiyyə seçkilərində səsvermə hüququndan məhrum ediləcəyi ölkə konstitusiyasına dəyişiklik edilməsi təşəbbüsünü dəstəkləyib.

Bu barədə “Delfi” portalı məlumat yayıb.

Bildirilib ki, bu barədə qərar Nazirlər Kabinetinin iclasında qəbul edilib.

“Ümid edirəm ki, bu təşəbbüs müxalifət tərəfindən də dəstəklənəcək və növbəti seçkilərdə rusiyalıların səs vermək hüququ olmayacaq”, - ölkənin Baş naziri Kristen Mihal qeyd edib.

"Cebheinfo.az"

Избранный
34
12
cebheinfo.az

10Источники