RU

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - münaqişəli situasiyaları çözməyə çalışın. Həddən artıq yorulacağınız işə başlamayın. Şübhəli işlərə qatılmayın. Niyyətiniz dürüstdürsə, yaxın ətrafınızdakı insanlar bunu dəyərləndirəcəklər. Qohumlarla münasibətləri korlamayın.

Buğa - bütün işləri bu gün bitirməyə can atmayın. Sizdən asılı olmayan şərtlər var. Planlarda köklü dəyişiklik istisna deyil. Mənfi emosiyalarınızı büruzə verməyin.

Əkizlər - ünsiyyətinizi minimuma endirməyə çalışın. Yeni layihələrə başlamayın, mühüm saziş və ya sənədi imzalamayın. Peşəkar fəaliyyət müstəivisindəki tərəfdaşlarla yanaşı, ailə üzvlərinin də sizə münasibətlərində anlaşılmazlıqlar ola bilər. Yaxın ətrafınızdakı insanları kəskin tənqid etməyin.

Xərçəng - bütün fəaliyyət sahələrində riski istisna edin. Yeni işə başlamayın, uzaq səfərə yollanmayın. Yaxınlarınızdan birinin maddi və ya mənəvi dəstəyinə bel bağlaya bilərsiniz.

Şir - asılı olduğunuz və ya yaşamınıza hər hansı formada təsir imkanlarına malik insanla görüşü ertələyin. Münaqişəli situasiyanın iştirakçısı olmayın. Bütün problemləri ani cəhdlə həll etməyə can atmayın. Müşküllərin çözümünü ideal səviyyəyə çatdırmağa çalışmayın.

Qız - şəxsi münasibətlər ön plana çıxacaq. Münasibətlər sınanacaq. Dəyər verdiyiniz insanla bağlı yeni, ürək açmayan həqiqəti öyrənəcəksiniz. Ünvanınıza çox ədalətsiz iradlar səslənəcək.

Tərəzi - yardıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Pis gün deyil. Maliyyə çətinlikləri istisna olmasa da, problemləri həll etmək üçün borc almayın, kredit götürməyin. Riskli situasiyalardan da uzaq durun. Günün ikinci yarısı yaxın dostlarla görüş üçün əlverişlidir. Amma səs-küylü məclisə qatılmayın. Sevdiyiniz insan sizə xoş sürprizlər edəcək. Axşam saatlarında istədiyiniz kimi istirahət edə bilərsiniz.

Əqrəb - yaxın ətrafınızdakı insanların sizdən sui-istifadə etməyə çalışdıqlarını hiss edəcəksiniz. Onların hərəkət və davranışlarında məntiq yoxdur. Var qüvvənizdən yararlanaraq məqsədə çatmağa çalışmayın.

Oxatan - gün ərzində gərgin, mürəkkəb situasiya olacaq. Aktivliyi bir qədər azaldın, cari işlər barədə düşünün. Mövcud situasiyaya bir qədər kənardan baxmağı bacarın. Problemin orijinal həll yolunu tapa bilərsiniz.

Oğlaq - ailə münasibətlərindəki gərginlik günün ilk yarısında pik həddə çata bilər. İnciklik, tənqid və iradları eşitməyə hazır olun. Deyilənlərə verəcəyiniz reaksiya mübahisənin sonucunu həll edəcək. Sakit olub təmkinlə davransanız, münasibətlərdəki harmoniyanı bərpa etmək mümkündür.

Dolça - səbrli və təmkinli olsanız, problemlərin uğurlu həllinə bel bağlaya bilərsiniz. Maliyyə məsələlərinin həllinə çox vaxt ayırmayın. Riskli, şübhəli əməliyyatlara başlasanız başlasanız, uduzacaqsınız.

Balıqlar - yaradıcılıq fəaliyyəti ilə məşğulsunuzsa, enerji artımını hiss edəcəksiniz. Uğurlu situasiyadan yararlanaraq bilik və bacarıqlarınızı nümayiş etdirin. Yeni süjet, orijinal ideya tapa bilərsiniz. Tapıntılarınızı unutmayın, amma hər addımbaşı da onlardan bəhs etməyin.

Milli.Az

Избранный
36
mia.az

1Источники