RU

Bazarı "ölən" 5 maşın - Alıcı tapılmır

Bəzi avtomobillər var idi ki, illər əvvəl çox populyar idi.

Ekonomluğuna görə digər firmaların satışlarını alt-üst etmişdilər. Onlara o qədər tələb var idi ki, qiymətləri həddən artıq şişirdilirdi. Məhz son aylarda bu avtomobillərin qiyməti kəskin düşüb. Çünki, tələb yoxdur. Əsasən ekonom olduğu üçün alıcıların diqqətini çəkən bu maşınların daha müasir və ekonom rəqibləri çıxdığı üçün onların populyarlığı itib.

Kİa Rio

Ötən ilə qədər kifayət qədər satışı güclü olan bu modelə son aylarda tələb kəskin azalıb. Taksilərlə bağlı yeni qaydaların tətbiqi, dizelin qiymətinin qalxması onların satışına mənfi təsir edib. Satışın azalması da qiyməti daha da ucuzlaşdırır.

Hyundai Elantra

“Kasıbların yol yoldaşı” hesab edilən bu model də son aylarda populyarlığını itirənlər sırasındadır. Zəif səs izolyasiyası, aşağı keyfiyyətli, komfort cəhətdən natamam olan Elantra hibrid və elektrikli rəqiblərindən çox geri qalıb. Koreyadan gətirilmiş yürüşüyü çəkilmiş Elantralar, ABŞ-dən alınan qəzalı maşınlar o qədər çoxalıb ki, seçim çoxdur, lakin alıcı tapılmır.

Hyundai Avante

Elantra ilə oxşar görünüşə sahib olan bu model dizel mühhərikli olsa da, robot sürətlər qutusu səbəbindən onun alıcılıq qabiliyyəti olduqca aşağı düşüb. Üstəlik, dizellə bağlı verilə biləcək qərarlar da alıcıların bu modeldən “qaçması”na gətirib çıxarır.

Kia Cerato

Avtomobil həvəskarları bilir ki, Hyundai ilə Kia fərqli bədəndə eyni ruh kimidir. Yəni, Elantra ilə bağlı yuxarıda yazılanlar bu model üçün də keçərlidir.

Honda İnsight

Hibrid olsa belə ehtiyat hissələrinin bahalığı bu modelə diqqəti azaldır. Avtomobilin görünüşünün də uğursuz seçilməsi avtomobilin alıcılıq qabilliyyətini düşürür.

Qeyd edək ki, qiymətlərdə düşüş əsasən ekonom maşınlarda müşahidə olunur. Performansa üstünlük verən şəxslər yenə də yuxarı həcmli mühhərikə sahib avtomobillər almağa davam edir. Lakin, onların da bazarı əvvəlkinə nisbətən “ölüb”./milli.az/

Избранный
34
12
turkustan.az

10Источники