RU

AK Aİ-nin ümumi müdafiə satınalmaları üçün 300 milyon avro ayırıb

Avropa Komissiyası (AK) Avropa İttifaqı (Aİ) üzv dövlətlərinin ümumi müdafiə satınalmaları üçün icma büdcəsindən tarixdə ilk dəfə 300 milyon avro maliyyə dəstəyi ayırdığını elan edib.
 
Bu, AK-nın kommünikesində qeyd olunub.
 
“İlk dəfədir ki, üzv dövlətlərin birgə müdafiə məhsulları satınalmaları dəstəkləmək üçün Aİ büdcəsindən istifadə edirik. Bu əməliyyat uğurlu oldu: müdafiə potensialındakı kritik və təcili boşluqların aradan qaldırılmasına yönəlmiş beş layihəyə 300 milyon avro sərmayə qoyuruq”, – AK-nın icraçı sədr müavini Marqrete Vestager bildirib.
 
Onun sözlərinə görə, bu, milli müdafiə büdcələri üçün daha yaxşı qiymət-keyfiyyət nisbətini təmin edəcək, Avropa silahlı qüvvələrinin əməliyyat uyğunluğunu yaxşılaşdıracaq, sənayeni gücləndirəcək və Avropanı müdafiə sahəsindəki təhdidlərə qarşı daha hazırlıqlı edəcək.
 
Vestager əlavə edib ki, seçilmiş layihələr həmçinin əlavə müdafiə təchizatı ilə Avropa İttifaqının Ukraynaya dəstəyini artıracaq.
 
Sənəddən məlum olur ki, Aİ-nin 20 ölkəsinin iştirak etdiyi beş layihənin hər biri Brüsseldən 60 milyon avro alacaq ki, bu da ümumi ittifaq maliyyələşməsinin 300 milyon avro təşkil edir. Ümumilikdə, üzv dövlətlərin silahlı qüvvələri üçün 11 milyard avrodan çox məbləğdə ümumi satınalmalar onların müdafiə qabiliyyətini gücləndirəcək.
 
Qeyd olunub ki, kritik müdafiə məhsullarının ümumi satınalmaları üç sahəni əhatə edir: hava hücumundan və raketdən müdafiə sistemləri, müasir zirehli texnika, döyüş sursatı.
Избранный
48
5
moderator.az

6Источники