RU

“Norse Atlantic Airways” təyyarəsi aeroporta təcili enməli olub

Norveçin “Norse Atlantic Airways” aviaşirkətinə məxsus Brno–Phuket reysini həyata keçirən "Boeing 787" təyyarəsi yanacaq doldurmaq zərurəti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş edib.

Fins.az, aeroportun mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, yerli vaxtla saat 07:55-də uğurla Bakı aeroportuna eniş edən təyyarə komandiri uçuş müddətinin uzanması səbəbindən yanacaq doldurma qərarına gəlib.

Aeroport təcili yanacaq təminatını həyata keçirərək reysin davam etdirilməsi üçün zəruri şəraiti təmin edib.
 

Zemfira Ms
Fins.az

 

Избранный
49
fins.az

1Источники