RU

“VTB Bank Azərbaycan” qazana bilmir - Mənfəətində kəskin azalma

“VTB Bank Azərbaycan”nın mənfəəti azalmaqda davam edir. Belə ki, son 2 il ərzində bank ən aşağı mənfəəti bu ilin 9 ayında əldə edib.

Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Məlumata görə, “VTB Bank Azərbaycan”ın bu ilin 9 ayında xalis mənfəəti 6 milyon 140 min manat təşkil edib. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 28,9% və ya 2 milyon 503 min manat azdır.

2023-cü ilin 9 ayını bank 8 milyon 643 min manat mənfəətlə başa vurub.

Ümumiyyətlə, “VTB Bank Azərbaycan”ın bu ilin 9 ayında əldə etdiyi mənfəət 2023-cü ilin sonu ilə müqayisədə 42,2% və ya 4 milyon 468 min manat azdır. 2023-cü ili “VTB Bank Azərbaycan”10 milyon 608 min manat mənfəətlə başa vurub.

“VTB Bank Azərbaycan” 2023-cü ilin 9 ayını 8 milyon 643 min manat mənfəətlə başa vurub. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,6% və ya 927 min manat azdır. 2022-ci ilin 9 ayını bank 9 milyon 570 min manat mənfəətlə başa vurub. 

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,815 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

Nara

Избранный
50
valyuta.az

1Источники