RU

"Azərşin" icbari sığorta müqaviləsini bağlanmayıb

"Azərşin" ASC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.1-ci (icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoyun icraatındadır.

 

Qeyd: ASC-nin qanuni təmsilçisi Xanlar Həmid oğlu Süleymanovdur.

 

Xəyal Quliyev

Tarix: 15 Noyabr 2024, 09:48   
Избранный
29
pravda.az

1Источники