RU

Siqareti atmaqla ömür nə qədər UZADILIR?

ABŞ alimləri müəyyən ediblər ki, 35, 45, 55, 65 və 75 yaşlarında siqareti tərgitmək ömrü səkkiz ildən yeddi aya qədər uzadır.

Medianews.az “Daily”ə istinadən xəbər verir ki, bu barədə American Journal of Preventive Medicine məlumat yayıb.

Tütünün zərəri yaxşı öyrənilmiş və hamıya məlumdur. Siqaret tüstüsünün tərkibində demək olar ki, bütün orqanlara zərər verən çoxlu zəhərli maddələr var. Siqaret çəkmək müxtəlif səbəblərdən vaxtından əvvəl ölüm riskini artırır.

Tədqiqatçılar 35-75 yaş arası siqaret çəkənlərin sağlamlığını və həyat tərzini təhlil ediblər. Məlum olub ki, 35, 45, 55 və 65 yaşlarında siqareti atmaq müvafiq olaraq daha 8, 5,6, 3,4 və 1,7 il ömür əlavə edə bilər.

75 yaşında siqareti atsanız belə, bu dünyada yeddi ay daha çox qala biləcəksiniz.

 

Избранный
41
medianews.az

1Источники