RU

Dövlət Komitəsinin sədri Şirvan şəhərində yerləşən məscidlərdə din xadimləri ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 14-də Şirvan şəhərində yerləşən “Cümə”, “Şirvan şəhər məscidi” və “Zeynalabidin” məscidlərini  ziyarət edib, burada fəaliyyət göstərən din xadimləri ilə görüşüb.

Din xadimləri ilə görüşdə Ramin Məmmədov Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində müəyyən etdiyi siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Ölkə rəhbərliyinin dinlərarası dialoqun inkişafına verdiyi dəstəyin mühüm əhəmiyyətə malik olduğunu,  müxtəlif dini konfessiyaların birgə fəaliyyət göstərməsi üçün əlverişli şərait yaradıldığını deyib. Dini icmalar arasında əməkdaşlıq, qarşılıqlı hörmət və dözümlülük mühitinin yaradılması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərin cəmiyyətdəki müxtəlifliyi qorumağa və inkişaf etdirməyə yönəldiyini qeyd edib. Bu istiqamətdə ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edib. 

Keçirilən görüşlərdə dini maarifləndirmə məsələsi xüsusi yer alıb. Komitə sədri İslam dininin düzgün şəkildə təbliğinin vacibliyini diqqətə çatdırıb. Dövlətin dini maarifləndirmə sahəsindəki siyasətinin xüsusilə gənclər arasında dini dəyərlərin düzgün formada aşılanmasına yönəldiyini, bu sahədəki fəaliyyətlərin cəmiyyətin mənəvi və mədəni inkişafına töhfə verməyə xidmət etdiyini bildirib. Qeyd edib ki, din xadimləri gənclərimizin kənar qüvvələrin təsirlərindən qorunması üçün dini bilgilərin təhriflərdən uzaq formada çatdırılmasında xüsusi fəallıq nümayiş etdirməlidir.

Din xadimləri dini icmaların, milli-mənəvi dəyərlərin və vəhdət ənənələrinin inkişafına dövlət səviyyəsində göstərilən davamlı diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. 

Din xadimləri ilə görüşlərdə görüləcək işlərə dair müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib.

Избранный
56
2
xalqqazeti.az

3Источники