RU

Fərid Şəfiyev: "Argentinanın Prezidenti iqlim dəyişikliyinə çox da inanmır"

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Argentina Prezidenti Xavyer Mileyin COP 29-da iştirak edən 80 nəfərlik Argentina nümayəndə heyətinə geri qayıtmaq tapşırığı verməsinə münasibət gətirib.

 

F.Şəfiyev Pravda.az-a açıqlamasında deyib ki, bu, Azərbaycanla bağlı olan qərar deyil.

 

"Argentinanın Prezidenti, ümumiyyətlə, iqlim dəyişikliyinə çox da inanmır. Onun yanaşması Donald Trampın yanaşması ilə bənzərdir. Yəni Tramp da 2016-cı ildə Prezident olanda Paris Sazişindən çıxmışdı. Vəd etmişdi ki, yenidən 2025-ci ildə prezident olanda ABŞ bu sazişdən çıxacaq. Argentina da məsələyə eyni tərzdə yanaşır. Bu prosesdə iştirak etmək istəmirlər. Buna görə də Argentina nümayəndə heyətinin COP29-u tərk etməsi barədə qərar qəbul olunub. Bu, iqlim dəyişikliyinə ümumi yanaşmadır. Argentina prosesə mənfi baxır və iştirak etmək istəmir", — F.Şəfiyev bildirib.


 
Aytəkin Qardaşova

Tarix: 15 Noyabr 2024, 10:36   
Избранный
72
pravda.az

1Источники