RU

İqlim böhranı vəziyyətini dəyişdirmək hamımızın ümumi prioriteti olmalıdır - Britaniyalı nazir

Bakı. Trend:

İqlim böhranı vəziyyətini dəyişdirmək hamımızın ümumi prioritetiolmalıdır.

Trend xəbərverir ki, bu barədə Birləşmiş Krallığın Xarici Birlik və İnkişafOfisində inkişaf naziri Anneliese Dods COP29 konfransı çərçivəsindəkeçirilən “İqlim və Sülh: Heç kim arxada qoymamaq naminə birgəfəaliyyət”adlı Yüksək səviyyəli Paneldə çıxışı zamanı deyib.

"Biz ölkələrə kömək etməsək, bu onilliyin sonuna qədər ifratyoxsulluq içində yaşayanların üçdə ikisi də həssas vəmünaqişələrdən təsirlənmiş dövlətlərdə yaşayacaq. İqlim böhranıvəziyyətini dəyişdirmək hamımızın ümumi prioriteti olmalıdır", - obildirib.

Onun sözlərinə görə, Bakının çağırışı tamamilə bundanibarətdir.

"Mən çox fəxr edirəm ki, Böyük Britaniya bu gün bunudəstəkləyir. Qarşıdakı aylarda hər kəsin işə qoşulmasınaehtiyacımız var və biz daha çox birləşmiş yanaşma ilə birlikdəişləməliyik.

Birgə işlədiyimiz zaman nəyə nail ola biləcəyimizi bilirik.Birgə səylərimiz Somalinin dayanıqlılığını artırmaq üçün Yaşılİqlim Fondundan 100 milyon ABŞ dollarından çox dəstək alması ilənəticələndi. Somali ilə yanaşı, Böyük Britaniya Çad, Suriya vəYəməndəki tərəfdaşları ilə birlikdə insanların həyatını xilasetmək, uzunmüddətli sülh və sabitlik yaratmaq üçün gözləniləntəşəbbüslər və erkən xəbərdarlıq sistemləri yaratmaq üçün işləyir”,- deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
25
az.trend.az

1Источники