RU

Amazon meşələri də Azərbaycandan imdad diləyir

“Ən böyük problemimiz Amazon meşələrinin qurumasıdır. Təəssüf ki, vaxtilə sıx və keçilməz olan Amazon meşələrində hazırda səhralaşma gedir, ağaclar sürətlə quruyur. Bunun qarşısını almaq isə mümkünsüz görünür”.

Bu fikirləri Azərbaycanın evsahibliyi etdiyi COP29-da iştirak edən Amazon meşələrinin nümayəndəsi Nina Huni Kui jurnalistlərə açıqlamasında deyib.

Təkcə Amazonun deyil, dünyada qurumaqda olan bütün meşələrin bərpa olunmasının vacibliyini diqqətə çatdıran nümayəndə, eyni zamanda, Azərbaycanın köməyinə ehtiyac olduğunu əlavə edib: “Ekologiyanın qorunmasının başlıca səbəbi flora və faunaya diqqətin artırılmasıdır. Azərbaycan böyük neft ölkələrindən biridir. Bilirik ki, dünyaya maddi dəstəyi çoxdur. Ölkənizin bu mövzuda bizə də dəstək olmasını, meşələrimizin bərpası prosesində kömək etməyini istəyirik”.

Nina Huni Kui COP29-dan gözləntiləri ilə bağlı danışıb. Bu möhtəşəm tədbirin ekologiyanın qorunmasına böyük təsiri olacağına əmin olduğunu bildirib. Açıqlamasının sonunda deyib: “Təkcə bu günümüz, sabahımız üçün deyil, bütün dünya, sağlam gələcək naminə COP29-dan doğru qərarlar gözləyirik”.

Z.HÜSEYNOVA
XQ

Избранный
2
1
xalqqazeti.az

2Источники