RU

Meta şirkəti Avropada 797 milyon avro cərimələndi

Avropa Birliyi (AB) Komissiyası “Facebook” və “İnstagram” sosial media platformalarının sahibi “Meta” şirkətini Birliyin antiinhisar qaydalarını pozduğu üçün 797 milyon avro məbləğində cərimələdiyini açıqlayıb.

FED.az xəbər verir ki,  AB Komissiyasının yaydığı açıqlamaya görə, "Meta"ya 797 milyon avro məbləğində cərimə, "Facebook Marketplace"i özünəməxsus sosial şəbəkəsi "Facebook"-a inteqrasiya etdiyi və digər onlayn reklam xidməti təminatçılarına ədalətsiz ticarət şərtləri tətbiq etdiyi üçün Avropa Birliyinin antiinhisar qaydalarını pozduğuna görə tətbiq edilib. 

AB Komissiyasının araşdırması müəyyən edib ki, "Meta" bütün Avropa İqtisadi Bölgəsində özünə məxsus sosial şəbəkələrdə və sosial mediada onlayn ekran reklam bazarındakı dominant mövqeyindən sui-istifadə edib.

Komissiya qərarında, "Facebook Marketplace"i "Facebook"a inteqrasiya etməklə, bu sosial media platformasından istifadə edən hər kəsin avtomatik olaraq "Facebook Marketplace"ə giriş əldə etdiyini və istəsə də, istəməsə də müntəzəm olaraq "Facebook Marketplace"ə məruz qaldığını qeyd edərək, bunun digər onlayn reklam xidməti təminatçıları üçün ədalətsiz ticarət şəraiti yaratdığını bildirib.

Müvafiq olaraq, "Meta"nın sözügedən hərəkətə dərhal son qoyması və gələcəkdə eyni pozuntunun təkrarlanmaması və ya ekvivalent məqsəd və ya təsiri olan hərəkətlərdən çəkinməsi tələb olunub. (Marja)

Избранный
41
5
fed.az

8Источники