RU

“Siemens” kütləvi işçi ixtisarı planlaşdırır

Siemens, müsbət fəaliyyət nəticələrinə baxmayaraq, dünya üzrə 5 minə qədər iş yerini ixtisar edəcəyini elan edib.

“Audi” şirkəti 4 500 işçisini ixtisar edəcək

FED.az xəbər verir ki, bu addım şirkətin baş direktoru Roland Buşun bəyanatına əsasən, xüsusilə istehsalın avtomatlaşdırılması seqmentindəki zəif tələb və yüksək inventar səviyyələri ilə əlaqədardır. Buş bildirib ki, bəzən gözləntilər reallaşmayanda dəyişikliklər qaçılmaz olur. 

Siemens-in dördüncü rüb və 2024 maliyyə ili üzrə nəticələri göstərir ki, ümumi gəlir 20,62 milyard avrodan 20,81 milyard avroya yüksəlib, bu da proqnozlardan yuxarıdır. Bütün maliyyə ilində isə xalis mənfəət 9 milyard avroya çataraq rekord səviyyəyə yüksəlib. Lakin dördüncü rübdə avtomatlaşdırma bölməsinin sifarişləri 19% azalmaqla, mənfəəti 46% düşüb.

Избранный
39
fed.az

1Источники