RU

İlon Mask İranın BMT səfiri ilə gizli görüşüb - ABŞ narahatdır

Ağ Ev komandasında yer alacaq şəxslərdən olan SpaceX və Tesla şirkətlərinin yaradıcısı İlon Mask İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) səfiri ilə Nyu Yorkda gizli şəkildə görüşüb. Görüş haqda isə Cozef Baydenə məlumat verilməyib.

Bizim.Media xəbər verir ki, bu barədə “New York Times” qəzeti yazıb. Nəşrin məlumatına görə Mask və İranın BMT səfiri Amir Said İravani arasındakı görüş New Yorkda gizli bir yerdə keçirilib və bir saatdan çox davam edib.

Görüşün əsas mövzusu isə iki ölkə arasındakı gərginliyin necə azaldılacağı olub. 

Qeyd edək ki, Trampın birinci prezidentlik dövründə İran və ABŞ arasındakı gərginlik üst səviyyəyə çatıb. 

Bizim.Media

Избранный
58
bizim.media

1Источники