RU

"Əl-Cəzirə": Qəzzanın şimalında xəstəxanada yemək qalmayıb

"Əl-Cəzirə": Qəzzanın şimalında xəstəxanada yemək qalmayıb

Qəzza zolağının şimalında yerləşən Kamal Advan Tibb Mərkəzi işçiləri və xəstələri qida ilə təmin edə bilmir. AFN.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı xəstəxananın direktoru Hussam Əbu Səfiyəyə istinadən məlumat yayıb.Onun sözlərinə görə, Kamal Advan Xəstəxanası artıq xəstələrə bir dəfə belə yemək verə bilmir və gecə-gündüz işləyən tibb işçilərinə yemək təklif edə bilmir. "Bundan əlavə, biz daim qida çatışmazlığı və susuzluqdan əziyyət çəkən uşaqları və böyükləri qəbul edirik, lakin bizim ərzaq və dərmanımız çox azdır" - deyə xəstəxana rəhbəri bildirib.Hussam Əbu Səfiyə həmçinin bildirib ki, hava hücumlarından sonra xəstəxanaya dağıdılmış binaların altında qalmış mülki şəxslərdən telefon zəngləri daxil olub, lakin onları xilas etmək mümkün deyil: “Təəssüf ki, ertəsi gün onların səsləri yox olur və onlar ölülər arasındadırlar”.

Избранный
22
afn.az

1Источники