RU

İsveçli nazir banana qarşı fobiyadan əziyyət çəkir

İsveçin bərabərlik və iş həyatı üzrə naziri Paulina Brandberq banana qarşı fobiyadan (bananafobiya) əziyyət çəkir.

Herbiand.az bildirir ki, bu barədə “Aftonbladet” qəzeti yazır.

Bir neçə il əvvəl Brandberq "X" sosial şəbəkəsində bu vəziyyəti qeyd etmişdi. Onun fobiyası o qədər güclüdür ki, danışıqlara gedəndə xüsusi tədbirlər görülür. Məsələn, parlamentin spikeri Andreas Norlenlə görüşdən əvvəl elektron poçtla “otaqda banan izi olmamalıdır” mesajı göndərilmişdi.

Baş nazir Ulf Kristersson TT agentliyinə müsahibəsində deyib ki, bununla belə, bananafobiya hökumətin işinə təsir etməyib: “Mənin müxtəlif fobiyaları olan insanlara böyük hörmətim var”.

Paulina Brandberg Expressen qəzetinə yazdığı məktubda peşəkar yardım aldığını bildirib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
2
2
herbiand.az

3Источники