RU

Sonuncu dəfə nə zaman qələm qəddəmisiniz?

Mən indicə və hər səfərindəki kimi həzz aldım.

Qələmqəddəyənin qələmin taxtasını qəribə bir səssiz xışıltıyla kəsməsi, üzərində buraxdığı iz, qrafitin şumallanaraq itmil forma alması mənim üçün təsvirolunmaz bir həyəcandır.

Bizim tələbəliyimizdə qələmlər də, qələmqəddəyənlər də sovetin özü kimi keyfiyyətsiz idilər. Ona görə də kimsə qələmi sevməz, çoxları ondan istifadə etməkdən qaçardı. Amma mən qələmin daşdan papirusa, papirusdan mürəkkəbə qədər təkamül yoluna baxar və bir mühəndis ədası ilə nə vaxtsa keyfiyyətli bir qələmqəddəyən ixtira edəcəyimi xəyal edərdim...

Günü bu gün də “kırtasiye”, yəni ''kanselyariya'' dükanına muzeyə girər kimi daxil olur, əvvəlcə karandaş və qələmqəddəyənlər bölümünə keçib onları bir muzey eksponatı kimi seyr edirəm. Və hər səfərində də atama və anama nə qədər borclu olduğumu düşünürəm. Mənə oxumağa, dəftərə, kitaba, elmə, irfana əbədi sevgi aşıladıqları üçün onlara nə qədər rəhmət oxusam, nə qədər mütəşəkkir olsam azdır.

Siz ən son nə zaman qələm qəddədiniz?...

İbrahim Nəbioğlu

visiontv.az



Избранный
32
visiontv.az

1Источники